Nigaran edecek...
Nigaran edəcək...
Yanma eşqlə bu qədər,səni pərişan edəcək, Əzib suyun çıxarıb eşqə peşiman edəcək, Bu sevda çox düşürüb eşq adına uyanları, Sevsən sən qəlbdən əgər, hər kəsi heyran edəcək. Uyaraq hər yetənə aldatma qəlbin eşq il Qəlbinə girməsə eşq,könlünü viran edəcək. Gözlərin sirrinə bax, çaş-baş edib canın alar, Qəlb hissin seçdiyini bil sənə canan edəcək. Eşq sınaq dağarcığı, həsrəti üstündə gələr, Dözməsən bu həsrətə yolunda qurban edəcək. Eşq böyük fəlsəfədir dəryasının ümmanı yox, Üzməyi bacarmasan sorğusuz tufan edəcək. Bayramın eşqi keçib intizar,həsrətlik ilə, Sevdası qəlbdə olub,sanma nigaran edəcək... 02.01.2016. |
Emeğini kutlamak güzel bir şey, Çok güzel dizelerdi .
Kutlarım…
……………………………….. Saygı ve Selamlar…