Vatansızlar çaşıblar....
Vətənsizlər çaşıblar...
Turan elim dilim-dilim bölünür, Ayıl elin oğlu,Vətən dardadır... Kərkük,Mosul,Hələb qanın içində Nicat səndə,axtarmaki hardadır... Qarabağım çirkli oyun işğalı, ATƏT çözür haqqı haqsız tələli. Terror dəstə Amerika əməli, Yaradılıb Türkə qarşı hiyləli. Vətən oğlu,vətənsizlər çaşıblar, Saxta tarix tariximə yazırlar... Arxaları Coni biclər birliyi, “Haqq”bağırıb, haqq yolunu azırlar. Terror doğan Qərb,Avropa tələsi, Səlib yürüşüdür böhtanlı adla. Qərəzləri Türklük İslam qorxusu, Tarixi iz olan sivil həyatla... Anlayın ey şeytan,şeytan qulları Allahım əsgərin Türkdən seçibdi... Doğuşdan şərəflə döyüş yolunu, Türk adlı bir millət haqla keçibdi. Tarixə tərs baxma,tərs əzilərsən, Türk qanla yoğrulan torpaq qeyrətdir... Boz Kurt əqidəli hər Türk ərənin Sevgisi Turanla güclü sərvətdir... 2016. |