Gösterme canan özünü...
Göstərmə canan özünü.
Yenə eşqdən danışıb göstərmə canan özünü, Canımı aldın,ancaq,görmədim canan üzünü... Gəzirsən gendən hədər,baxış məni inildədir, Səbirim aşıb-daşır qalmayır eşqin dözümü. Aşiqin eşq yarası qaysaq tutmaz həsrət ilə, Məlhəmi olmmadın söndürəsən eşq közünü. Mənim qəsdimdə durub mələdərək quzu kimi, Eşq dərsi verib əcəb,demirsən səbəb düzünü. Bəxtimdən inciyirəm,qismət də bəhanə olub, Qoyubdur qısqanc eşqlə sevdan yollarda gözümü. Bayramın qəlbi yanır eşqin ilə zalım eşid, Eşq divan qurulmamış söylə barı qəlb sözünü... 2016. |