Deye bilmirem...
Deyə bilmirəm...
İçimdə sızlayan haqsızlıqları, Gətirib dilimə söyə bilmirəm. Halıma acıyıb könlüm oxşayan, Sağ olu deməyə,neyə bilmirəm. Zalımın zopası başımın üstə, Mühüt varlığımı eyləyib xəstə, Köç edir ömür-gün qəmlə ahəstə, Dərdin qədəmini əyə bilmirəm... Sözdə qanun gözəl,əməldə xəta, Məmurun qanunu sərt, şəxsi əda, Əcəb yığılaraq bir belə gəda, Olublar qudurğan,niyə bilmirəm... Qəlblərə vururlar məkirli yara, Düşünən başları çəkirlər dara, Bu dolmuş buludun rəngi çox qara, Ədalət qapısın döyə bilmirəm... Bayram,haqq haqsızda əldə oyuncaq, Bil ki zalımlarda olmaz qanacaq, Ağıllı səbirdir bil dözüm ancaq, Sonu var,müddətin deyə bilmirəm... 2016. |
Kalemin daim olsun
_____________________________Selamlar