Qəzəl - Cəhalət
Nə gözəl şeydi cəhalət, iki fətva verirəm,
Öpülür əl, ayağım cahilə dünya verirəm. Son imam naibiyəm çox olub onnan görüşüm, Mən onun əmrinə, fətvasına mə’na verirəm. Mənə təqlid elə gəl yaxşı əməl sahibi ol, Mən hidayət nuruyam aləmə təqva verirəm. Dəyişin cinsinizi ey kişilər, şübhəsi yox! Mən zəmanət ilə insanlara üqba verirəm. Kim ki, Qur’anla qərar verməsə kafirdi o kəs* Bu Xuda ayəsidir nəzm ilə misra verirəm. Anaram, ayələri nəzmə salıb, haqqı deyən, Sənə saf sevgi duyan korlara isra verirəm! Müəllif: Anar Əhəd |