Qısqandı beni...
Qısqandı məni...
Qısqanc “dostuma” Üzümə güldü ancaq,ürəkdə qısqandı məni, O yazdı,mən də yazdım,seçimdə qısqandı məni... Çox əcəb düşüncəsi,xəbisliyi vardı bunun, Mən balıq,o ox atan,bürcümdə qısqandı məni. Söz açıb eşqə dair qəzəl ilə qoşma dedim, Ah çəkib içdən gələn gücümdə qısqandı məni. Söz-söhbət xəstəsidir,bundan ona,ondan buna, Söyləyər boş heç söhbət,heçində qısqandı məni. Düz sözə inanmayır,mərc ilə də qorxu gəlir, Mərcləşmə gələn zaman,mərcində qısqandı məni. Söz deyib sıra ilə xərcləyib yazdım kağıza, Baxıb əyri heç nədən xərcimdə qısqandı məni. Xəstəyə nə söyləyim Bayram,anlasın sözümü, Köçdüm bunun əlindən,köçümdə qısqandı məni... 2015. |