0
Yorum
0
Beğeni
0,0
Puan
848
Okunma
Həyat şirindir.....
“Yaşlıyam”Nesrin Sibahi.
Aynaya düz baxanda
Qəlbimdə gənc görürəm,
Ağarmış saçlarımda
Nurlu sevinc görürəm,
Ürək yaman çırpınır
Eşqə nadinc görürəm.
Həyat şirindir,şirin
Sevdası sonsuz,dərin...
Baxdıqca üzümdəki
Mənalı qırışlara,
Düşdüm nəsihət adlı
Söhbətli yarışlara,
Dəliqanlı gəncliklə
Məcburam barışlara,
Həyat şirindir,şirin
Sevdası sonsuz,dərin...
Göz önündə canlandı
Baxışla nurlu dədəm,
Baxışları söyləyir
Haqq yolda haqla gedəm,
Eşqim,varım ,canımla
Elimə xidmət edəm,
Həyat şirindir,şirin
Sevdası sonsuz,dərin...
Üzümdəki qırışlar
Xatirələr sorağı,
Türklük adlı birlikdə
Olan Turan marağı,
Düşmənə baxışlarım
Türklüyümün yarağı,
Həyat şirindir,şirin
Sevdası sonsuz,dərin...
Göz önümdə canlandı
Başımda dağın qarı,
Rəbbim gözəl yaratmış
Türkə Türklük diyarı,
Aləmdir yayı,qışı
Payızı həm baharı,
Həyat şirindir,şirin
Sevdası sonsuz,dərin...
İnsanın uşaqlığı,
Gəncliyin öz səsi var,
Yaşlandıqca nə isə
Yaratmaq həvəsi var,
Müdürik yaşlarında
Hikmətin nəfəsi var,
Həyat şirindir,şirin
Sevdası sonsuz,dərin...
07.12.2015.
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.