Məsnəvi
Lənət oxuyanın dilindən
-------------------------------- Bu cümə axşama məclis qurağın, Yığışıb cəm olağın, dəm vurağın. Açarıq biz Ömərin söhbətini, Əlinin qəsb eliyib sərvətini. Oxu bax gör Əlinin yoldaşına, Nə zülümlər gətiriblər başına. Bu səbəbdən ona lənət oxuyaq, Pisə yox yaxşıya rəhmət oxuyaq. Əli aşiqlərinin qəm dağı var, Kim sübut istəsə ver qaynağı var. Məndən cavab ------------------- Gətirib qaynağı dərs vermə mənə, Hələ qaynağla keçim dərsi sənə. Bu qədər zülmə Əli neylədi bəs? Susaraq səbr eliyib etmədi səs. Sualım var, niyə səbr etdi Əli? Qala islam diyə səbr etdi Əli. Bir nəfər heç düşünən varmı görən? Az qədər heç düşünən varmı görən? Oxuduqcan Ömərin lənətini, İtirirsiz Əlinin zəhmətini. Bu fikir hər kəsə qoysun möhürün, Kimi yandırsa çıxardar kömürün. Tökmüsüz qarşıma tarix kitabın, Verə bilmirsiniz şair cavabın. Hələ peyğəmbəri məhşərdə görən, Asacaq öz üzünə pərdə görən? Ki edib lənət onun zövcəsinə. Nə deyim tutduğu üz pərdəsinə.! Buyurur Tanrı: - rəsul zövcələri Anadır bizlərə*, var ayələri. Bu qədər sizdəki var kin və qəzəb, Başıəmmaməlilər oldu səbəb. Sizə təbliğ eliyərkən bu dini, Yaradıblar çox ürəklərdə kini. Məncə ruhani deyil təkcə səbəb, Görürəm mən həmçinin sizdə səbəb. Ki, düşünmək nədi? Yoxdur qəti heç, Deyilən hər sözü ud həzm elə keç. Düşünüb dəstək olaq bir – birinə, Bir olaq biz, sarılaq haqq ipinə. Bu dinin sahibi Allah özüdür, Deyilən “ip” sözü Haqqın sözüdür. Müəllif: Anar Əhəd * - Əhzab surəsi 6-cı ayə “” – Ali – İmran surəsi ayə 103 |
Qelemin susmasın