Dəccal
Şair təbə gəldin? Yenə ibrətlə danışma,
Gopdan bizə dəm vur, sözü hikmətlə danışma. Dəccal gələcək, bir gözü var, damğa alında, Aqil düşünən kəs dedi, – dəhşətlə danışma. Bir əlləri var, şərqi tutar, qərbi tutarmış, Gəl sən mənə əqlindəki adətlə danışma. İnsan deyərəm hörməti hörmət, sözü sözdür, Çatsın əli çox ölkəyə hörmətlə, danışma. O neft çıxaran mancanağı gör necə söylər, Bənzər dəvənin boynuna, qəflətlə danışma. Sən indi özün azca düşün, kimdi bu dəccal? Dillən dilə gəl, amma cəhalətlə danışma. Sus, sus ki, Anar, çün sənə çəp – çəp baxacaqlar, İndən belə sən boş yerə zəhmətlə danışma. Müəllif: Anar Əhəd |