Yazarsan,yazı yox...
Yazarsan ,yazı yox...
Düşmüsən dil ağıza guya yazarsan, yazı yox, Kötüyü qırmaq üçün balta vurursan, pazı yox. Sənətin nədir sənin, get sənətin qeybətin et, Bilməsən öz sənətin öz –özünə nifrətin et, Yazana, yazarlara bəsdir sən az heyrətin et, Hər sözün saxta sənin,nə düzü nə də azı yox, Düşmüsən dil ağıza guya yazarsan, yazı yox, Kötüyü qırmaq üçün balta vurursan, pazı yox. Mənimdə bostanıma daş atırsan kəltən olur, Dönüb dəyir özünə, cəmdəyində qəlpən olur, Ağrıya dözməyirsən, ağrıların yelpən olur, İncidir ağrı səni, bu ağrının bir yası yox, Düşmüsən dil ağıza guya yazarsan, yazı yox, Kötüyü qırmaq üçün balta vurursan, pazı yox. Öyünüb çox şişirsən, şişmə bala asta yeri, Biz uşaq saxlamadıq, çox oxuduq xeyir-şəri, İş qurub, iş görürük olmamışıq biz sərsəri, Ağlımız, kamalımız yerindədir bil pası yox, Düşmüsən dil ağıza guya yazarsan, yazı yox, Kötüyü qırmaq üçün balta vurursan, pazı yox. Yazına yas qurulub, çıxdaş olur yox xəbərin, Arağı içmək üçün barlara olur səfərin, Şeirdən xəbərin yox, guya vardı çox əsərin, Avazın yaxşı gəlir, avazının heç sazı yox, Düşmüsən dil ağıza guya yazarsan, yazı yox, Kötüyü qırmaq üçün balta vurursan, pazı yox. Nə qədər sadə olarsan, o qədər hörmət olar, Anlayıb yazsan əgər sözlərində qiymət olar, Yekəlik eyləmə gəl, varlığına heyrət olar, Həqiqət carçısı ol, sən yalançı fas-fası yox, Düşmüsən dil ağıza guya yazarsan, yazı yox, Kötüyü qırmaq üçün balta vurursan, pazı yox. 14.09.2014 |