Bellidir...
Bəllidir.
Burcak Yazıçıya və Nihal Mirdoğana Dünya siyasəti guya bilməyir, Hakka ədalətə əsla gəlməyir, Erməni şərini tamam silməyir, Həqiqət gözünü oyan bəllidir. Bəşər tarixini saxtalaşdıran, Siyasi başları taxtalaşdıran, Hakkı haksızlığa çox calaşdıran, Böhtana deməyən dayan bəllidir. Şarlatan millətə arxa duranlar, Türklüyü arxadan daim vuranlar, İtlərin yalanın düz tək soranlar, Düzü eyləmirlər bəyan bəllidir. Qızım, bu sözlərin qəlbimi dəldi, Ürəyim açıldı həm cuşa gəldi, Bu nə sonudu,nə də əvvəldi, Haklının dərisin soyan bəllidir, Bizləri bu günə qoyan bəllidir. Türkün öz haqqına əyri baxanlar, Yalanı düz kimi gözə soxanlar, Bunlara sakitcə Bayram baxanlar, Manqurt tək yerində sayan bəllidir, Bizləri bu günə qoyan bəllidir... 11.07.2014. |