Çaşdım subay yolumu...
Çaşdım subay yolumu...
Çaşdım subay yolumu,eşq məni divanə edib, Bir gözəl baxışının oduna pərvanə edib. Bir nağıl bilmiş idim,duymamışdım qəlbən belə, Vücudum silkələyib,iş-gücə biganə edib. Eşq baxış can alaraq,içimdə bir sancı verir, Anlaya bilmədiyim dərd,azarın canə edib. Bu qüvvə haqdan gəlir,bundan qaçmağımda hədər, Qəlbimi candan alıb,sevdam olan yanə edib. Eşq ömür hekayəsi,anlayanın yar,yoldaşı, Allahdan haqla gələn qisməti insanə edib. Bayram,eşq sözlə deyil,ürekden qopan qığılcım, Belə eşq sevda gücü yaradan əfsanə edib. 19.06.2016. |