ARAMIZ YAMAN SEYRƏLİR
***
Aramızdan su keçməzdi, Aramız yaman seyrəlir. Küsdüyümüz o yerlərdən Umduran,uman seyrəlir. * Seyrəlir yatan yerlərdən, Yaxın,əl çatan yerlərdən, Ordan,günbatan yerlərdən Elə bil güman seyrəlir. * Dünyadı,bəzənə qalır, Geyənə,gəzənə qalır, Sünbüllər üzənə qalır, Saralır saman seyrəlir. * Bizim bu köyün dağları, Keçərdim yeyin dağları, Bir də keç deyin dağları, Sis çökür,duman seyrəlir. *<>* |
ŞİİRİ SEVDİREN DİZELER GÖNÜLLERE CANLISEVDALAR SAÇMAKTA…
Kutlu dileklerimle.
Çok Beğendim.
…………………. Saygı ve Selamlar…