Eşqi mene bexşiş ede...
Eşqi mənə bəxşiş edə...
Kimsədən istəmədim eşqi mənə bəxşiş edə, Tək yara söyləmişdim eşqim qəlbdə təftiş edə. Eşqin əlçatmaz gücü qanıma hopmuş nə edim? Deyirəm kaş ki yarda eşqə mən tək vərdiş edə. Bu həyat sevənlərin sirdaşıdır mən biləli, İstərəm sevda qəlbi sıxıb eşqə dərviş edə... Eşq sevən hər aşiqin sevdasının and yeridir, Bu sevda hər aşiqə məhəbbətlə gərdiş edə. Eşq qəlbdən haqla gələn sevda istək varlığıdır, Bayramda öz eşqində möhkəm olub bir iş edə. 2016. |
qelemin susmasın
________________________________Selamlar