Sırtıklar...
Sırtıqlar.
Üz versən qudurar özündən çıxar, Harda aş, orda baş olar sırtıqlar. Özündən çox razı,öyünər şişər, Yaddaşda yaltaq tək qalar sırtıqlar. Mənlik kişilikdən tamam uzaqdır, Qeyrət anlayışı yoxdur yasaqdır, İnsanlıq adına ləkə yazmaqdır, Hər yerə çaxnaşma salar sırtıqlar. Etik qaydalardan uzaqdır, uzaq, Sözləri deyərlər daim baş – ayaq, Özünə imansız taparaq dayaq, İlan tək hər kəsi çalar sırtıqlar. Tüpürcək heyifdir, bunların üzü, Görüb çox murdarlıq eşidin düzü, Arxanca danışar şər, böhtan sözü, “Hər yerə” milçək tək dolar sırtıqlar. Tüpürcək bunlara yaz yağışıdır, İnsana hörməti şər çıxışıdır, Eşqə də baxışı “kef” baxışıdır, Tikan tək hər kəsi dalar sırtıqlar. Fitnə fəsadların dalınca qaçan, Alçalıb qarınçün qucağın açan, İstəsə bir xeyir görməkçün haçan, Görərsən əl – ayaq yalar sırtıqlar. Dinə, əqidəyə qara da yaxar, Verdiyi sözlərdən sürüşüb çıxar, Şeytandır, tüpürsən gülərək baxar, Özüçün oynayıb çalar sırtıqlar. Qapıdan qovsanda bacadan girər, Xəbərin olmadan öz yerin sərər, Sənə gizlin – gizlin çox zərər verər, Adını pisliyə calar sırtıqlar, Üzdə “mələk” kimi olar sırtıqlar... 26.07.2014 |
Kalemin susmasın
__________________________________Selamlar