Azadlıq verilmir...
Ey ulu Türkümün qorxmaz ərəni,
Göstərdin şərəflə sən Türkün özün. Türkün saf niyyətin,həm cəsarətin, Anlatdın nadana həm Türkün sözün. Hər kəsə məlumdur,Türk əqidəsi, Onlar nə əyiləndir, nədə sınandır. Türkçülük eşqilə yaşayanların, Ən böyük istəyi ulu Turandır. Kurşad,Atilladan törəyənlərin, Cəsarət,igidlik qeyrəti vardır. Döyüşkən hünərli hər türk ərənə, Yarandığı gündən,Yaradan yardır. Qorxudan yalana şərə əl atıb, Düşmənlər bir ara yolu kəsdilər. Türkün mərdliyini görəndə onlar, Türkün qarşısında tir-tir əsdilər. Türkün öz qanunu, öz amalı var, Millətçi olmaqla sevmək insanı, Dövləti, torpağı həm qorumağı, Birdə ki, yaşatmaq ulu Turanı. Ey ulu Türkümün qeyrətli oğlu, Bizə düşmən olan qanmaz sınacaq. Türkün mirasına göz dikən bədlər, Türkün qanununu gec-tez qanacaq. Türk qəddar olmayıb, qəddara qarşı, Həmişə döyüşkən, cəsur törəndir. İşğalçı deyildir,Vətən yolunda, Boz qurd döyüşünü seçən ərəndir. Ey Türkün Vətənə bağlı ərəni, Türkün Türkdən başqa dosdu yalandır.... Qoruyun Türklüyü, sevin Turanı, Türkçülük qeyrətdir, zəfər alandır. Azadlıq verilmir, onu alırlar, Alın, Turan adlı Türk birliyini, Açın sərhədləri Turan elindən- Qoruyun birlikdə Türk sirliyini. Birləşin, bir olun, ey Türk elləri, Hədəfi hamınız bir yerdə vurun, Türkün amalına qarşı çıxanı, Məhv edib, siz böyük Turanı qurun!!! Bayram Elioğlu. |