Eşq məni avarə edib...
Düşmüşəm eşq oduna, eşq məni avarə edib,
Salıb həsrət oduna guya mənə çarə edib... Varlığım əldən alıb çaşdırıb həyat yolumu, Eşqə əsir salaraq hər günümü qarə edib. Eşqdəki sən gücə bax,bağlayıbdır dil,ağzımı Lal,karam dinməyirəm,əqlimi də yarə edib. Görəndə canlar alan cananı candan oluram, Həsrətlik unudulur,dərdimi dübarə edib. Mey kimi ağlım alır,oluram bir əl quzusu, Bumudur eşq deyilən,qəlbimi lap parə edib. Söylədim aşiqimə,qəlbimi vermişəm sənə, Qoyub həsrətdə məni,sorun qəlbim hara edib? Bayram saf eşqi ilə aşiqə qəlbin açaraq, Qəlbində nə vardırsa,bəxşişini yarə edib... 21.11.2014. |
Tebriklerimle kutlarım...
................................................. Saygı ve Selamlar.