C A N I M A L...
Varsa da səndə insaf,qəlbimi oxşa canım al,
Eşqimə bağlanaraq sevdan ilə ad-sanım al. Baxışın qəlbimdədir,söylə günahım nədədir, Qanıma işləyibdir bax sənin sevdan,qanım al. Yox mənim canlar alan huri mələklərlə işim, Ey mənim yek mələyim,sevdamdan sən ünvanım al. Eşqini çöz ki mənimlə,səninlə bir can olaq, Aşiqi şad yaşadaq,sən mənim eşq dövranım al. Demirəm eşq oduna yan ki mən də coşub yanam, Eşqindən xəstə olan xəyalımdan gümanım al. Bayramın eşqi dərin,sevdalılar yaxşı bilər, Qəlbimə hakim olan,bu canımı sən xanım al... 18.11.2014. |
Beğendim...
................................................. Saygı ve Selamlar.