Köy Hatıraları...
Orda el qızları gül çiçək sayıb,
Qaya xınasıyla yanaq boyayıb. Cüyür bulağına dodaq dayayıb Əyilib içəni yad eylə, nolar! Binə qurulardı Keçəl dağında Mələrdi quzular axşam sağında Gözüm qalıb yaxmasında, yağında Yaylağa köçəni yad eylə, nolar! Orda qalıb ürəyimin yarısı Cavanların başlarına darısı. Mərhum Nəcəf əmimizin arısı Verərdi beçəni, yad eylə, nolar! Hələ xəyallarım edər seyranı Al yaşıl dağların olmuş heyranı Yanında bir cürdək nəhrə ayranı Yamacı biçəni yad eylə, nolar! Şehli yamaçlarda hər səhər çağı Axtarardıq qıjı, quzuqulağı Otların içindən biçin qabağı Çiyələk seçəni yad eylə, nolar! Nə vaxt mehman olsan, etsən bir səfər Kəndin ayağından başına qədər Könlündən qopanı süfrəyə sərər Kəsilən beçəni yad eylə, nolar! |
Üreğine saxlık usta
_______________________________Salam olsun
Işık Mehmetali tarafından 3/3/2016 4:20:03 PM zamanında düzenlenmiştir.