Gözlə...
Gözlə məni iki yay, iki payız, bir qış
Bəlkə qayıtdım, geri döndüm bir gün Gözlə bir neçə fəsil,yağsa belə yağış Bəlkə heç qayıtmadım ,düşsəm sürgün Yenədə tək, tənha, boş skamya Fikirlər mane olur rahatlığıma Saatlar kənarda ,önəmli saniyə Gözlə əgər varsa belə maniyə Aylar artıq çatır illərə Aylar zamanı , dəyişir fəsillərə İçdə əlli il qocalsaqda Səsimiz çatar bir neçə əsirlərə Bəlkə dərdlər hislərin yaradıcısı ? Bəlkə dərdlər həyat bağlayıcısı ? Nə qədər əqidə, varsa dərdlər çəkilər Nə qədər ki, möhkəm olursan yorur hislər Nə qədər sir olsa, sir nə qədər pis olsa Yox köməyi, hətda gözlərin belə dolsa Sən bir günəş olsan,oyanaram saçan işıgınla Sən bir gül olsan, düşərəm sənin ağuşuna. Deyiləm məcnun ki, səni mən çox sevəm Hisslərim ölüb sanki, yox romantika Deyiləm xosrov sənə görə ölə biləcəyimi deyəm, Keçməmişəm təcrübə sevgidə, yoxdur praktika Bəzən mahnıyla yaşamaq, xəyyallara aldanıb Hisslərə bağlanmaq qədər saf və təmizdir Və yalnız mahnının əsiri olanda anlayırsan Mahnının necədə gözəl olduğunu, sanırsan Səmimi mahnılarda tap özün üçün mənfətlər Çünki mahnılarda artıq yoxdur sərhədlər Var azadlıqla dolu yalan sayağı həqiqət Çünki onlarla yaşayır minlərlə qəlblər Olsun bir az tipik , premitiv mahnılar Axı onlarsız, yaşamaz insanlar Onsuzda dözür hər zaman ruhumuz səssiz Onsuzda gözlər, gözəldir ani nəzərsiz Ürəyinin səsini dinlə, səmimi xislətini Dinlə qəlbinin hər sözünü, hər məsləhətini Və bir gün ayılırsan qəfil yuxudan Və daha gizlətmirsən artıq qəzəbini. Müəllif.Anar İsgəndərli Arlin |