SƏN QARŞIMDA GÖRÜNƏNDƏ
Arzularım qanad açar,
Qüssə-kədər məndən qaçar, Könlüm bir də qalmaz naçar Sən qarşımda görünəndə. Hicran itər, həsrət solar, Fərəh hissi qəlbə dolar, Bütün dünya mınim olar Sən qarşımda görünəndə. Gözlərimdən yaş silinər, Yollarıma nur ələnər, Səni sevdiyim bilinər Sən qarşımda görünəndə. Təbiət al-qumaş geyər, Könlüm coşub nəğmə deyər, Bircə anım əsrə dəyər Sən qarşımda görünəndə. Səni görüb özün tanar, Dünyanın xoşbəxti sanar, Tab gətirməz, Fəda yanar Sən qarşımda görünəndə. |
Arzularım qanad açar,
Qüssə-kədər məndən qaçar,
Könlüm bir də qalmaz naçar
Sən qarşımda görünəndə.
Hicran itər, həsrət solar,
Fərəh hissi qəlbə dolar,
Bütün dünya mınim olar
Sən qarşımda görünəndə.
Gözlərimdən yaş silinər,
Yollarıma nur ələnər,
Səni sevdiyim bilinər
Sən qarşımda görünəndə.
Təbiət al-qumaş geyər,
Könlüm coşub nəğmə deyər,
Bircə anım əsrə dəyər
Sən qarşımda görünəndə.
Səni görüb özün tanar,
Dünyanın xoşbəxti sanar,
Tab gətirməz, Fəda yanar
Sən qarşımda görünəndə.
Sevginin kutsallığı, evet özden ve kalpten bir sevgi bu dizelere yansımış, şair kardeşimi kutluyorum.Puanım tam.Yunusun diyarından selamlar.