SƏN MƏNSİZ OLACAQSAN.
Hüsnünə vurğun olan olsa da milyon nəfər,
Bilməyəcək qədrini bir kimsə mənim qədər. Mənsiz keçən həyatın bil ki, olacaq hədər, Yad əllərdə gül kimi saralıb solacaqsan, Sən mənsiz olacaqsan. Gözümün qarşısından getməyəcək camalın, Mənə ümid verəcək baldan şirin vüsalın. İsidəcək könlümü sənin fikrin, xəyalın, Bir xoş rayihə kimi qəlbimə dolacaqsan, Sən mənsiz olacaqsan. Fələk bizlə oynayıb, bir yamanlıq etsə də, Sənlə olan günlərim ildırımtək keçsə də, Aylar, illər ötüşüb, ömür sona yetsə də, İnan ki, xatirimdə, daima, qalacaqsan, Sən mənsiz olacaqsan. |