DURNALAR KÖÇ EDƏNDƏ
Gözüm nəmə köklənir,
Könlüm qəmə köklənir, Sazım bəmə köklənir Durnalar köç edəndə. Köç uzağa yol alır, Gözüm dalınca qalır. Sanki, dünya boşalır Durnalar köç edəndə. Dost-tanış qəribləşir, Ünsiyyət sərinləşir, Təbiətim dəyişir Durnalar köç edəndə. Nə vaxt keçəcək zaman? Çox çəkəcəkmi hicran? Axtarıram bir hayan Durnalar köç edəndə. İstərəm haraylayım, Yollarından saxlayım. Az qalıram ağlayım Durnalar köç edəndə. Onlara vida dedim, İndi, görən, nə edim? Bilmirəm hara gedim, Durnalar köç edəndə?! |
Kutluyorum kalemi
Yüreğin var olsun
___________________________________________Saygılar selamlar