1
Yorum
5
Beğeni
5,0
Puan
162
Okunma

Dünyadı...
Qiyməti dərinə dalsan
Bir inci,bir sədəf,bir danədədir.
Varıysa isməti,namusu,arı
Ləlü-cəvahirdə,dürdanədədir.
Bir andı,bir vaxtdı dünya dediyin,
Xəzanda yapraqdı dünya dediyin,
Üç ovuc topraqdı dünya dediyin...
Sirri Bəhlul adlı divanədədir.
Dərmandı fərmanı zat olan şahın,
Yanında həm vəzir,at olan şahın.
Dövranı döndüsə,mat olan şahın
Əlacı nə daşda,nə xanədədir.
...
Dönməyir durnalar-Yəməndə günah,
Solur çiçəkləri-çəməndə günah,
Nə səndə günah var,nə məndə günah,
Günah bu dövranda,zəmanədədir.
*
5.0
100% (1)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.