0
Yorum
5
Beğeni
5,0
Puan
132
Okunma

Dəymə mənə,bu çağımda,
Eləmə,layla çalıram.
Qəm oyadıb varağımda
Ələmə layla çalıram.
Ağ dəftərim qar üstündə,
Gül xatirə var üstündə.
Təbim ahu-zar üstündə,
Qələmə layla çalıram.
Nə bu yolun ardı qalıb,
Nə uluyan qurdu qalıb.
Lələm köçüb yurdu qalıb,
Lələmə layla çalıram...
5.0
100% (1)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.