BİTMƏYƏN GECƏLƏR 3-cü şeir
*****
Daha gecələri yata bilmirəm... Yuxu gözlərimdə gümana dönüb. Yorğanım,döşəyi m buz kimi soyuq, Altimda qu tükü samana dönüb. * Daha gecələri yata bilmirəm... Dilim söz dərdini çəkə bilməyir. Dünyanın dərdini çəkən ürəyim İndi öz dərdini çəkə bilməyir. * Baxıram saatın əqrəblərinə, Qərib bir sızıltı keçir içimdən. Əqrəblər hər dəfə tıklayan zaman Bir nəfəs qocalır,yaşlaşı ram mən. * Daha gecələri yata bilmirəm... Çəkilmir başımın dumanı,çəni. Dünənin günahı,sabahın dərdi, O yana,bu yana çevirir məni. * Nə tez keçib gedir günlər,ilahi, Dünya qocalmağa niyə tələsir? Ömrün dünənini yola salmamış, Sabahın gecəsi qapımı kəsir. * Daha gecələri yata bilmirəm... Bu dərdi mənimtək hər çəkən bilir. Özümdən arxada qoyduğum illər, Bir də saçlarıma düşən dən bilir. *** |