SƏNDƏN HARA QAÇIM, DÜNYA
*****
Sən ağasan,mən nökərəm, Sən sökərsən,mən tikərəm, Dərd əlindən dərbədərəm, Kimə gönül açım,dünya, Səndən hara qaçım,dünya. * Beş kuruşa naz eylədin, Çox istədim,az eylədin, Gündə bir avaz eylədin, Yandı çölüm,içim dünya, Səndən hara qaçım,dünya. * Ömrə möhür vuran-Tanrı, Səni tikən,quran-Tanrı, Keşiyində duran-Tanrı. Hansınızı seçim,dünya, Səndən hara qaçım,dünya. * Boynumun ipi səndədir, Qəlbimin sapı səndədir, Geçdiyim qapı səndədir, İzn ver bir geçim,dünya, Səndən hara qaçım,dünya. * Zəhərmisən ya,balmısan, Oynamışam,nə çalmısan, Nəyim var tutub almısan, Nə günahım,suçum,dünya, Səndən hara qaçım,dünya. *** hara-nereye dərbədər-sergerdan,qürbətci keşikdə duran-bekçi |
*****
Sən ağasan,mən nökərəm,
Sən sökərsən,mən tikərəm,
Dərd əlindən dərbədərəm,
Kimə gönül açım,dünya,
Səndən hara qaçım,dünya.
*
Beş kuruşa naz eylədin,
Çox istədim,az eylədin,
Gündə bir avaz eylədin,
Yandı çölüm,içim dünya,
Səndən hara qaçım,dünya.
*
Ömrə möhür vuran-Tanrı,
Səni tikən,quran-Tanrı,
Keşiyində duran-Tanrı.
Hansınızı seçim,dünya,
Səndən hara qaçım,dünya.
*
Boynumun ipi səndədir,
Qəlbimin sapı səndədir,
Geçdiyim qapı səndədir,
İzn ver bir geçim,dünya,
Səndən hara qaçım,dünya.
*
Zəhərmisən ya,balmısan,
Oynamışam,nə çalmısan,
Nəyim var tutub almısan,
Nə günahım,suçum,dünya,
Səndən hara qaçım,dünya.
Kavanoz dipli dünya.............
Çok güzeldi şiir kalemine yüreğine sağlık emmoğlu.....
Selam ve saygılar...........