AVÇIYA KÖPEK OLMA SEN
OVÇUYA KÖPƏK OLMA SƏN
Istərsən ovçu ol, istərsən ov ol, Şikarı səsləyən tütək olma sən. Vuralan şikarı, yıxılan ovu. Ovçuya daşıyan köpək olma sən. Ov olsan, ovlanıb tələyə düşmə, Şeytana aldanıb kələyə düşmə, Ruzigar dəyişsə küləyə düşmə, Dəyirman daşında kəpək olma sən. Tor ipi cəhrənin iyinnən keçir, Neçə min dolaşıq düyünnən keçir, Kirşəsi kamanın yayınnan keçir, Ovçunun toruna ipək olma sən. Insan bir libasdır, bəzənir dünya, Ağlı, zəkasıyla düzənir dünya, Coculu der, onda qazanır dünya, Kirli bir libasa ətək olma sən. |