DÜNYA ELƏ HƏMƏN-HƏMƏN DÜNYADI
DÜNYA ELƏ HƏMƏN-HƏMƏN DÜNYADI
Dünyanın heç zaman üzü dönməyib, Dünya elə həmən-həmən dünyadı. Bir kimsəyə yamanlığı dəyməyib, Deməyin ki, yaman-yaman dünyadı. Insan oğlu bu dünyayla öc gəlib, Əbədi bir yaranışdan gec gəlib, Uçurmağa, dağıtmağa güc gəlib, Yenilməyən, özü yenən dünyadı. Kainatın mərkəzində əylənib, Haqqında çox yalan-palan söylənib, Fikirlərdə ilmələnib, düylənib, Kimə doğru, kimə güman dünyadı. Bir üzündə İsa hakim olubdur, Bir üzü də Mustafaya qalıbdır, Açılmayıb, yanaqları solubdur, Hərdən yanan, hərdən sönən dünyadı. Hər birini bir nizama qoyacaq, Zalımların gözlərini oyacaq. Insanların günahını yuyacaq, Rəndələyib, hamar yonan dünyadı. Əzəl gündən dünya dolur, boşalır, Iş verənlər hər gün yeni iş alır, Bir deyil ki, üç deyil ki, beş alır, Nə danışan, nə də dinən dünyadı. Ay Coculu, yeni təlim yazılsın, Doğru olan ard-ardınca düzülsün, Pərçimlənmiş yalanları pozulsun, Dünya elə, qədir bilən dünyadı. |
Bir üzü də Mustafaya qalıbdır,
Açılmayıb, yanaqları solubdur,
Hərdən yanan, hərdən sönən dünyadı.
Hər birini bir nizama qoyacaq,
Zalımların gözlərini oyacaq.
Insanların günahını yuyacaq,
Rəndələyib, hamar yonan dünyadı.
Əzəl gündən dünya dolur, boşalır,
Iş verənlər hər gün yeni iş alır,
Bir deyil ki, üç deyil ki, beş alır,
Nə danışan, nə də dinən dünyadı.
Ay Coculu, yeni təlim yazılsın,
Doğru olan ard-ardınca düzülsün,
Pərçimlənmiş yalanları pozulsun,
Dünya elə, qədir bilən dünyadı.
Seyraqif Coculu (Seyraqif Coculu)
Ne danışan nede dinen dünyadı severek okudum usta
Yüreğine sağlık şiirlerin mükemmeldir keyif alıyorum okurken
Ürey sesin susmasın
Axşamın xeyir...............
Aras gırağında dağlar sarıdı şiirinden ilham alıp Emmioğlu diye bir şiir yazdım sana cevaben okumadın galiba
Yüreğine sağlık usta..............