KAPİTAL DÜNYANI KEÇİRİB ƏLƏ
KAPİTAL DÜNYANI KEÇİRİB ƏLƏ
Bir gün yenə də qalxıb ayağa, Məzlumlar ordusu üsyan edəcək. Yenə sinəsini verib qabağa, Proletar deyilən öndə gedəcək. Bəsdir! Bu dünyanın şıltaqlığına Çiynində qəm yükü, zor dayandılar. Dözüb zalımların min göz dağına, Zülm ərşə dayandı, gec oyandılar. Inkişaf, tərəqqi olsa da belə, Insanlıq ayaqlar altına düşdü. Kapital dünyanı keçirib ələ, Dağıtdı, hökm etdi həddini aşdı. Sümürə-sümürə, doymaq da bilmir, Məzlumun qanını içir qədəhdə. Vicdana, nə dinə, imana gəlmir, Min ildir insanlıq gəzir yedəkdə. Məsum uşaqların axır göz yaşı, Hesab da sorulmur tökülən qana. Kindən, küdurətdən ayılmır başı, Göz dağı çəkdirir milyon insana. Kapital hökm edir bütün cahana, Dur deyən olmasa, durmayacaqdır. Allah da bezibdir, yığılıb cana, Dünyanı yenidən qurmayacaqdır. Ey insan! Göylərdən ümid gözləmə, Sənin səadətin öz əlindədir. Böyük yalanları büküb gizləmə, Azadlıq dediyin öz yolundadır. Kapital laqeyid, dünya sarıdan, Insanlıq mərəzi düzələn deyil. Yalvarmaqla donuz çıxmaz darıdan, Üsyansız tarixlər yazılan deyil. |