SÖZÜMÜZÜ DEYEMMEDİK
SÖZÜMÜZÜ DEYƏMMƏDİK
Sözün məqamında gəldik dünyaya, Sözümüzü deyəmmədik, a qardaş. Söz sahibi olammadıq dünyada, Nə qəflətdən oyammadıq, a qardaş. Söz deyənin arxasında güc gərək, Bu dünyanın gərdişiylə öc gərək, Kürsülərdən danışmağa tac gərək, Başımıza qoyammadıq, a qardaş, Şeir yazdıq ərəbicə, farsıca, Fikir dedik ingilisi, rusuca, Olammadıq heç onların yarsıca, Özümüzü bəyəmmədik, a qardaş. Bilgə xaqan özünüzə dön dedi, Əgər özün deyilsənsə, yan dedi, Coculuya hər mətləbi qan dedi, Sözümüzdə dayammadıq, a qardaş. |
Fikir dedik ingilisi, rusuca,
Olammadıq heç onların yarsıca,
Özümüzü bəyəmmədik, a qardaş.
Bilgə xaqan özünüzə dön dedi,
Əgər özün deyilsənsə, yan dedi,
Coculuya hər mətləbi qan dedi,
Sözümüzdə dayammadıq, a qardaş.
Çox gözeldi haxlısan gardaş severek oxudum
Üreyine saxlık
________________Salam