TƏZAD
Bahar gəlib, atamoğlu,
sən olduğun yerlərə, Güllər öz ətrini saçmaqda yenə. Yaşıl çəmənlərə, mavi göylərə Külək sığal çəkir, günəş nur saçır. Burdasa.... Burdasa kainat özündən qaçır. Yandırır əlimi buz salxımları, Əlimi dondurur od dilimləri, Buludlar torpağın üstündə gəzir, Kimsə göyə sərib yun kilimləri. Yoxuşlar üz tutub aşağı qaçır, Enişlər zirvəyə dikib gözünü. Ulduzlar göylərə tutub üzünü Torpaqdan boy atır, torpaqdan çıxır. Güldürür üzümü bədbəxt günlərim, Xoşbəxt günlərimsə qəlbimi sıxır. İtlər miyoldayır, pişiklər hürür, Eşidir gözlərim, qulağım görür. Günəş də dondurur. Buz tutub yəqin. Sən başqa dünyada, yoxdur xəbərin. Dostlar arxasını döndərib gedir, Düşmən süfrə açır, çörək yedirir. Kainat xəyanət edib özünə., Əyrini hakim kəsib düzünə. Qul olub şeytanın odlu gözünə, Tıxayıb qulağın, HAKK`ın sözünə. |