Zaman gələcək
Mənim qəlb evimin qəmli bülbülü
Yenə həsrət dolu nəğmə oxuyur. Yadına saldıqca vəfasız gülü Qəmli nəğmələrdən çələng toxuyur. Ağlayır, ağlayır, gözünün yaşı Axır yanağından hey gilə-gilə. Göynəyir həsrətdən bağrının başı, Əriyir şam təki hey gilə-gilə. Çiçəkdən yadigar bir tək nişanə Tikanlı çarşaba bürünən koldur. Üzülmə bülbülüm, olma divanə, Bu da bir həyatdır, bu da bir yoldur. Ağlama, sızlama, ümidlə yaşa, Darıxma, dolanıb bahar gələcək. Səbrini, sevgini sərf etmə boşa, Sənin də ömrünə sevinc güləcək. Sənə yar olacaq bir nazlı dilbər, O da öz ilhamın səndən alacaq. Oxşayar telini, göz yaşın silər, Əbədi yaşayan çiçək olacaq. Yadına saldıqca - hatırladıkça Nəğmələrdən - nağmelerden Çələng - çelenk Göynəyir - sızlayır Həsrətdən - hasretten Bağrımın başı - Kalbimin başı Əriyir - eriyor Şam - mum Təki - gibi Gilə-gilə - damla-damla Yadigar - hatıra Nişane - iz, elamet Çarşab - çarşaf Bürünən - dolanmış Koldur - çalıdır. Darıxma - sıkılma Dolanıb - dolaşıp Sərf etmə - harcama Dilbər - güzel, sevgili Oxşayar - okşar |
Beğendim, 5 puan.
.............................. Saygı ve selamlar...