Yara Məktub
Salam olsun gözələ gözəllik məftunundan,
Saf məhəbbət boylanır yazdığım məktubumdan. Mənim ən yaxın dostum bir kağızdır, bir qələm, Yazdığım məktub deyil, qəlb səsimdir, ey sənəm. Ver əlini, ey nigar, qoy öpüm əllərindən, Oxu axıra qədər, usanma sözlərimdən. Qəlbim intizardadır səni gördüm görəli, Çün incidirsən, ey yar, eşqdən çələng hörəni. Mən bir sevən bülbüləm, sən bəyaz inciçiçək, Gəl eşqin şərbətini səninlə birgə içək. Bil ki, bəzəkdir sənə küsüb dodaq büzməyin, Ən gözəl hədiyyəndir naz ilə can üzməyin. Doğdun arzu, diləkdən, ərköyün mələyimsən, Tər-təmiz sevgi qoxan ətirli çiçəyimsən. Sözümdə yoxdur yalan, sevgim safdır, təmizdir, İnan ki, bu məhəbbət mənə candan əzizdir. Ümid gözləyənlərin, tənhalıq gecənindir, Təbəssüm dodaqların, ürək isə sənindir. Bənzəyirsən ulduza, onlar qədər gözəlsən, Bir fərq var aranızda, onlar çox, sənsə təksən. Bir dənə ürəyim var, al, o da sənin olsun, İstərəm ki, bu qəlbim qəlbinlə birgə vursun. məftun - meftun saf - pak, kusursuz kağız - kağıt qəlb - kalp sənəm - gözəl nigar - sevgili axıra - sona usanma - bıkma intizar - hasret çün - çünki çələng - çelenk hörmək - örmək inciçiçək -narin çiçek birgə - birlikte dodaq - dudak hədiyyə - hediye ərköyün - şımarık qoxan - kokan fərq - fark qəlbinlə birgə vursun - kalbinle birge atsın. |
Kalemin susmasın
..........................Selamlar