DAĞLAR
Deyirlər ağsaqqal qocadır dağlar,
Dil açsa, böyük bir tarix danışar. Çəkibdir, canında çəhid qanı var, Qocaman atadır, yanar, alışar. Nələr görmədi ki, -- Qanlı savaşlar, Ölülər, cəsədlər, çəkilən ahlar. Ana gözlərindən tökülən yaşlar, Günahsız qurbanlar, böyük günahlar. Ağappaq başını dimdik tutsa da, Dərd-qəmi içini didər, dağıdar. Utanıb dumanla üzün tutsa da, Gözünün yaçını sel tək axıdar. Əsgərə sipəsdir, qoruyar onu, Şəhid olduğunda qoynuna alar. Yaşıl örtüyünü üşüməməkçin, Şəfqətli ana tək üstünə salar. |