ANA
Bu şeirlə əsgərlikdə olarkən anama olan həsrətimi anlatmağa çalışmışdım.
Yollar çox uzaqdır, yollar aralı, Həm ana, həm bala qollar aralı, Gözlərim yaşlıdır, könlüm qaralı, Sənin qucağına həsrətəm, Ana. Gözümün önünüdə əksin, misalın, Uzatsam, əlinə toxunmaz əlim. Həsrətin çəkilməz, şirin vüsalın, Sənin qucağına həsrətəm, Ana. Dağlar var arada, aşılmaz, Ana, Mən sənin qoynuna qaça bilmirəm. Qanadlı quş idim sənin yanında, Qırılıb qanadım, uça bilmirəm. Kaş olsam yanında, əlini tutsam, Hər ah çəkdiyində acını udsam, Giryan gözlərinin yaşın qurutsam, Nə edim boynunu quca bilmirəm. Sən əsgar anası, ürəyində qəm, Sənin hər arzunda, diləyində mən, Sən mənə həsrətsən,sənə həsrət mən. Ay Ana, duana ehtiyacım var. |
birçok duyguyu birarada harmanlayarak çok güzel bir şiir oluşmuş.
Yüreğinize ellerinize sağlık.
Saygılar.