Şeherimiz(Azerbaycan Türkçesi)
Özünü axllı hesab edən,axmaqlarla dolmuş şəhərimiz,
Eləbilirlər həqiqəti görməyir bizim gözlərimiz, Onlar bilmir,nədəndir sessizlik içində gözləməyimiz, Əvvəla ədalətsizliyə qarşı olacaq,bizim ən böyük zərbəmiz. Qərbdən gələn elimə iftira və böhtan atırlar, Şərqdən gələnlərə isə yaltaqlıqda həd,hüdud tanımırlar, Pərdə arxasında qeybet edirlər,əhkamdan danışırlar, Amma Heydər küləyi əsəndə quyruq bulayırlar. Axıllı və gələcəyi olan gənçlərimizi bir araya gətirirlər, Xalçaya naxış düzər kimi,öz fikirlərini yerləşdirirlər, Öz çıxarları uğrundada onlardan istifadə edirlər, “Kəsər dönər sap dönər gün gələr hesab dönər”. Kimilərinin boyu qısa,vəzifəsi pilləkən olmuş ayaqlarına, Önünü görməyir amma yüksəkdən baxır ətrafına, Tarix boyunca çox şahid oldu gözlər yıxılanlara, Ona görə çox qulaq asmamaq lazımdır,toya,zurnaya. Adım Vaqif şeirlərimdə güldə var gülün tikənidə, Kiminə gül çatar,kiminə isə gülün tikanı batar əlinə, Məndən salam olsun,haramdan uzaq hala iş görənlərə, Görməyənlər isə əlbət minəcək sirat körpüsünə. |