4
Yorum
8
Beğeni
4,6
Puan
1093
Okunma
Hislərimdə ayaz var,soyuq vurmuş umudlarımı,
Qoparıb atmaq istəyirəm,
Amma dirənirəm yenə geri çəkirəm ayaqlarımı,
Qalmışam iki dənizin arasında qarışa bilmirəm,
Hansı duayı etsəm Tanrıya çata bilmirəm,
Heçbir vicdanda fikirdə özümü tapa bilmirəm.
Bu necə bir cəmiyyətdi İlahi hərkəsə yer var,
Mən özümə yer tapa bilmirəm,
Niyə bilmirəm ?
Bəzən yar təbəssümü daha isti olur yay günəşindən,
İşdən yeni gəlmişindən tut bazar dincələ bilməmişinə qədər,
Hərkəsi xoşbəxt edir,
Bəs bu cəmiyyət niyə xoşbəxt deyil?
Demək ki səmimi bir təbəssüm o qədər də ucuz deyil.
Yoxsa çox olduqca yox mu oluruq?
Ayrı ayrı düşüncələrə bölünürük
Zidləşirik bəlkədə,
bəlkədə birbirimizə oxşamaqdan qoruxuruq?
Var olmaq istəyirik,məndə varam demək üçün
Təkliyi seçib öz fikirlərimizdə boğluruq.
Amma onu deyim burada su çox dayazdı,
Burada boğulmaq belə abstrakdı.
5.0
80% (4)
3.0
20% (1)