Payız (Borçalı Terekeme Türkçesi)O, payız kimi rəngarənk görünməyə çalışır, Xəbərsizdi,ruhundakı qışı hərgün üzündə yaşadır. Ağlamaqdan gözlərində gün batımı qızarıqlığı, Soruşanlara, Fəsildəndir deyir,təsdiq etməsədə utancaqlığı. Yüksək səslə gülür ən balaca zarafatlara belə, Getdiyi hər yerin şəklini çəkib qoyur internetə, Bəzən bulutlar bəzən də çiçəklər ,hekayəsində, Yaşayır pəncərə kənarında, İçində olmadığı bir həyatın həsrətində. Toxuna bilmədiyin birşey sənin deyil, Yaşaya bilmədiyin günlər kimi, Bəzən unuduruq hərşeyi ən əsası səmimiyəti, Mən özümü görə bilmirəmsə, Nəyimə gərək məni başqalarının görməsi. Vagif Seyyah |
Qelemine üreyine sağlıq
________________________________Salam