Gülüm mənim
Gülüm mənim
Naşı əldə qalar naçar, Necə açar, ətir saçar? Dərd – məlala olar düçar Məndən ayrı gülüm mənim? Qış olanda qardan qaçar, Soyuqda uçunar, uçar, Sinəsinə qızlar qucar, Qucaq-qucaq gülüm mənim. Gözlərinə göz qoyaram, Ürəyinə köz qoyaram, Nə doyar, əldən qoyaram, Doyumsuzsan gülüm mənim. Tər çiçəksən, qoxunmamış, Şən nəğməsən, oxunmamış, Bir çələngsən, toxunmamış, Gülərüzlü gülüm mənim. ~~~~~~~~~~~~~~~~~~~~ 10.05.2013 18:06:43 |
salamlar