Bəsdi, yetər
Bəsdi, yetər
Atasızlıq ağır dərddi, Anasızlıq ondan betər. Fələk, çaldın qılıncını, Qırıb - çatdın, bəsdi, yetər! Neçə - neçə gözlər oydun, Asdın - kəsdin, sonra soydun, Neçə körpə mələr qoydun, Yetimlərin bəsdi, yetər! Əməllərin güntək aydın, Sancanları sən nə saydın? Nə usandın, nə dayandın, Daş - qalağın bəsdi, yetər! Neçə evlər başsız qoydun, Neçə damlar daşsız qoydun, Neçə gözlər yaşsız qoydun Axan yaşlar bəsdi, yetər! Batırmadın bal içində, Saxlamadın əl içində, Ləzzətin yox ləl içində, Ləlitməyin bəsdi, yetər! Avazla oxunar azan, Dınqıldar içi boş qazan, Sudak dönüb olmaz sazan, Saçmaladın, bəsdi, yetər! Hər yanşaqdan olmaz ozan, Hər yazardan olmaz yazan, Hüseyn, rəhmət, rəğbət qazan, Məzəmmətin bəsdi, yetər! ~~~~~~~~~~~~~~~~~~~~ 09.01.2013-cü il |
Əməllərin güntək aydın,
Sancanları sən nə saydın?
Nə usandın, nə dayandın,
Daş - qalağın bəsdi, yetər!
burada dayandın kafiye olarak hatalı
Əməllərin güntək aydın,
Sancanları sən nə saydın?
Nə usandın, ne de caydın
Daş - qalağın bəsdi, yetər! gibi bir düzeltme yapılabilir diye düşünüyorum. tabi ki biliyorum bizim kullandığımız kelimelerin anlamları ile sizinkiler çok farklı olabilir, uygunsa değiştirebilirsiniz.
Aslen Azarbaycan kökenli olmama rağmen lisanı pek bilmiyorum. Ama çok hoşlandım. başarılar dilerim.