Peşman olarsan
Peşman olarsan
(İstanbulda yaşayan şair qardaşım İşık Mehmetalinin eyni adlı şeirinə qarşılıqlı) Üz - üzə gələndə üz üzə baxa, Göz-gözə gələndə göz gözə baxa, Görüşə gələndə yar yana baxa, Bax onda pərişan, peşman olarsan. Başın üstdən qara yellər əsməsin, Eşq qapısın qara günlər kəsməsin, Dəli sevda girinc, giryan gəzməsin, Bax onda pərişan, peşman olarsan. Könül könüldən könülsüz, küsməsin, Ürək də üzülüb, ürəy üzməsin, Baxışlar bəd, yad nəzərlə süzməsin, Bax onda pərişan, peşman olarsan. Dağlayan dünyanın bir daşmağı var, Çağlayan dünyanın bir çaşmağı var, Ağlayan dünyanın bir axmağı var, Bax onda pərişan, peşman olarsan. Sevmək də bir mərəz, məlhəmi yarda, Əlacı meydədi, həm meyxoş narda, Sevənlər sevəni atarsa darda, Bax onda pərişan, peşman olarsan. Yar sevən yanaqlar al, laləlidi, Məhəbbət aləmi ah – naləlidi, Məcnun da onunçün dərdli, dəlidi, Dərbədər, dərdəcər, peşman olarsan. Vəfalı dilbərdən vəfa görəsən, Yolunda can qoyub, cəfa görəsən, Cüt ömür sürəsən, səfa görəsən, Heç belə sevdadan peşman olarsan? ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 09.01.2013-cü il |
Peşman olarsan
(İstanbulda yaşayan şair qardaşım
İşık Mehmetalinin eyni adlı şeirinə qarşılıqlı)
Üz - üzə gələndə üz üzə baxa,
Göz-gözə gələndə göz gözə baxa,
Görüşə gələndə yar yana baxa,
Bax onda pərişan, peşman olarsan.
Başın üstdən qara yellər əsməsin,
Eşq qapısın qara günlər kəsməsin,
Dəli sevda girinc, giryan gəzməsin,
Bax onda pərişan, peşman olarsan.
Könül könüldən könülsüz, küsməsin,
Ürək də üzülüb, ürəy üzməsin,
Baxışlar bəd, yad nəzərlə süzməsin,
Bax onda pərişan, peşman olarsan.
Dağlayan dünyanın bir daşmağı var,
Çağlayan dünyanın bir çaşmağı var,
Ağlayan dünyanın bir axmağı var,
Bax onda pərişan, peşman olarsan.
Sevmək də bir mərəz, məlhəmi yarda,
Əlacı meydədi, həm meyxoş narda,
Sevənlər sevəni atarsa darda,
Bax onda pərişan, peşman olarsan.
Yar sevən yanaqlar al, laləlidi,
Məhəbbət aləmi ah – naləlidi,
Məcnun da onunçün dərdli, dəlidi,
Dərbədər, dərdəcər, peşman olarsan.
Vəfalı dilbərdən vəfa görəsən,
Yolunda can qoyub, cəfa görəsən,
Cüt ömür sürəsən, səfa görəsən,
Heç belə sevdadan peşman olarsan?
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
09.01.2013-cü il
Meni şad eleyip, yada salıpsan
Gelemin var olsun gardaşım menim...
Sanmaki üreyten uzax kalıpsan
Kelbimde yerin var, gardaşım menim........... Işık Mehmetali
Çox sağol gardaş minnettaram , üreğin gelemin daim olsun,
Saygılar