Bir qafiyə oğurladım
Bir qafiyə oğurladım
Söz dəryadı, söz ümmandı, Xəzinədi, sıx ormandı, Yatmış idi, təb oyandı, Bir qafiyə oğurladım. Nə gizlədim mən mələkdən, Can alan cəllad fələkdən, Ələdim, süzdüm ələkdən, Kündə, xəmir yoğurladım. Kündə saldım, kökə yapdım, Qələmimlə çörək tapdım, Ustadları urvatladım, Haqq yolunda uğurladım. Söyləmərəm süqut etdim, Dindim, susdum, sükut etdim, Hüseyn, sözlə sübut etdim, Kimliyimi doğurladım. ~~~~~~~~~~~~~~~~~~~~~~~ 04.01.2013-cü il |