1
Yorum
1
Beğeni
5,0
Puan
1249
Okunma
Pəncərəmdən
dağlar görünür,
şiş uçları hər zaman
bəmbəyaz qar olur
bu dağların.
Mavidən də mavi
göylər var ya,
bir adam boyu uzaq
bu dağların ən ucundan.
Oralarda hər şey
bir az başqa cür
olur-
toprak da,işıq da.
Hətta,küləklər də,
elə,mən də...
Durub gəldim sizə sarı,
Dağlar,mənə salam verin.
Bir gün mehman olum,barı,
Dağlar,mənə salam verin.
Başında qarın qurtlanır,
Qalxıram dizim qatlanır,
Baxıram gönlüm atlanır,
Dağlar,mənə salam verin.
Yağmurun,dumanın olum,
Cüyürün,ceyranın olum,
Qoy gəlim mehmanın olum,
Dağlar,mənə salam verin.
Kim dayanar ki,döşümdə,
Bu sevda varkən başımda,
Küsümmü mən bu yaşımda,
Dağlar,mənə salam verin.
Ağlayım bulaq yerinə,
Çağlayım
irmak yerinə,
Qoyun məni hak yerinə,
Dağlar,mənə salam verin.
*
5.0
100% (2)