AVTOBİOQRAFİYA
*******
Məni doğan ana şəfəqdə doğub, Gözümdə günəşin rəngi qalıbdır. Laylalar,nağıll ar unudulsa da, Yadımda Koroğlu,cəngi qalıbdı. * Əkəndə gül əkib,çiçək əkiblər, Çıxanda yerimdən çinar çıxmışam. Dağın zirvəsində buz bulaq,axıb Dağın ətəyindən yanar çıxmışam. * Mənə kitablardan ad axtarmayın, Adım əməlimdə,dilimd ə gəzir. Əslim,nəcabətim türklüyümdədir, Körpə uşaq kimi belimdə gəzir. * Dünyanın nə dərdi,nə azarı var, Gəlib ürəyimdən keçir elə bil. Haqqı ayaqlayıb keçən ayaqlar, Mənim kürəyimdən keçir,elə bil. * Vicdanı asmışam gözüm önündən, Gündə əlli kərə dönüb baxıram. Azacıq pərsəngi əyilən kimi, Alıb qarmağından yerə çaxıram... * Əgər mən susarsam,dünya da susar, "Eşitməz qulaqlar kəsilməyincə". Hələ çox çəkəcək bu zülüm,bu zor, Qənşərlər,qabaq lar kəsilməyincə. *** |