1
Yorum
1
Beğeni
5,0
Puan
944
Okunma
Əlvida son vida!
Ayrılıq dəmidi, əlin əlimdə,
Biraz hənirtili, biraz həlim də,
Gecəli - gündüzlü gedim - gəlimdə,
Əlvida son vida, vidalaşaq gəl!
Hicranı çəkən mən, əzab əkən mən,
Məlul-məlul dağda, düzdə səkən mən,
Dəm mənə dərd verir, qəm mənə qida,
Əlvida son vida, vidalaşaq gəl!
Həsasslıq, bu həsəd, bu həsrət həmən,
Bəslənib içimdə bəsirət, həmən,
Niyə nigaransan bəs sən, ay nida?
Əlvida son vida, vidalaşaq gəl!
Aşılmaz sədləri, həddi aşaq gəl,
Dayanaq, dartışaq, həm dalaşaq gəl,
Vəfasız dünyadı, qucaqlaşaq gəl,
Əlvida son vida, vidalaşaq gəl!
Hüseyn, ilham harda, bilim, gəlməyir?
Bəm məni çulğayıb, zilim gəlməyir,
Əlvida deməyə dilim gəlməyir,
Əlvida son vida, vidalaşaq gəl!
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
- bəsirət – uzaqgörənlik mənasında.
22.11.2012-ci il
5.0
100% (1)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.