"Ürəyimə nəsihət"
"Ürəyimə nəsihət..."
Məni “mən”lə tək buraxın... Sualım var öz “Mən”imə. Soruşacam öz “mən”imdən Axı niyə Bu cür sevdi??? Bu sevginin rəngi başqa... Bir az qara,bir az sarı, Qəribədir,bu sevginin, Heç olmasa “bircə tikə” “Qırmızısı” yoxdu barı... Bu sevginin dadı başqa... Bir az acı,bir az şirin... Həm də ki az... Ürəyimə yalvararaq çox istədim sevgi payın, Cavab verdi: “Çox olanda dadı qalmaz!” Mən heç zaman bilmədim ki, Bu məhəbbət Düşmənimdir,yoxsa dostum... Amma yenə iradəmə arxalandım. Ümidimi köz eləyib, Ürəyimə damğa basdım... Yol gözlədim... Kimin yolun,nəyin yolun...? Bilmirəm ki... Ürəyim də “yaxasını ələ vermir”, Yalnız bir söz əzbərləyib: “Sevmirəm ki...” Axı necə sevmirsən ki, Saatlarla için-için ağlayan da, “Bir nəfəri” görmək üçün Min bəhanə gətirərək Məni yoldan saxlayan da, Sən olmusan... Ay ürəyim,heç olmasa, Bircə dəfə məni dinlə... Bircə dəfə insafa gəl... Müəmmalı xəyalları kənara at, Bu xəyalın getdiyi yol, Çətin yoldu... Bu yollların “alver”i də qəribədir... “Alver”ə bax... Kədər ucuz,sevinc baha... Uduzarsan bu “alver”də.. Bir az düşün. Məntiqinlə çıx sabaha... Məndən sənə bir nəsihət, Nə qədər ki yaşayırsan Bir kimsəni sevmə daha... Emin İbrahim |
"Ürəyimə nəsihət..."
Məni “mən”lə tək buraxın...
Sualım var öz “Mən”imə.
Soruşacam öz “mən”imdən
Axı niyə
Bu cür sevdi???
Bu sevginin rəngi başqa...
Bir az qara,bir az sarı,
Qəribədir,bu sevginin,
Heç olmasa “bircə tikə”
“Qırmızısı” yoxdu barı...
Bu sevginin dadı başqa...
Bir az acı,bir az şirin...
Həm də ki az...
Ürəyimə yalvararaq çox istədim sevgi payın,
Cavab verdi:
“Çox olanda dadı qalmaz!”
Mən heç zaman bilmədim ki,
Bu məhəbbət
Düşmənimdir,yoxsa dostum...
Amma yenə iradəmə arxalandım.
Ümidimi köz eləyib,
Ürəyimə damğa basdım...
Yol gözlədim...
Kimin yolun,nəyin yolun...?
Bilmirəm ki...
Ürəyim də “yaxasını ələ vermir”,
Yalnız bir söz əzbərləyib:
“Sevmirəm ki...”
Axı necə sevmirsən ki,
Saatlarla için-için ağlayan da,
“Bir nəfəri” görmək üçün
Min bəhanə gətirərək
Məni yoldan saxlayan da,
Sən olmusan...
Ay ürəyim,heç olmasa,
Bircə dəfə məni dinlə...
Bircə dəfə insafa gəl...
Müəmmalı xəyalları kənara at,
Bu xəyalın getdiyi yol,
Çətin yoldu...
Bu yollların “alver”i də qəribədir...
“Alver”ə bax...
Kədər ucuz,sevinc baha...
Uduzarsan bu “alver”də..
Bir az düşün.
Məntiqinlə çıx sabaha...
Məndən sənə bir nəsihət,
Nə qədər ki yaşayırsan
Bir kimsəni sevmə daha...
Emin İbrahim
Çox gözeldi, severek oxudum,
gelemine saxlık, ürey sesin heç susmasın
Saygılar