Şair, düzəlməz dünyadı
Şair, düzəlməz dünyadı
(Dünya düzəlmir ki, düzəlmir, baba! Şair Məmməd Araz) Kərki kərən, kərdi döyür, Namərd, nadan mərdi döyür, Fağır, fəhlə, fərdi döyür, Döşünə döyən dünyadı! Alçaq Allah haqqı deyir, Haram halal haqqı yeyir, Günahsızdan güdür xeyir, Güdükçü, güdən dünyadı! Dedin, iti bazarında Ay babam, atından baha. Xeyir verməz xeyirxaha, Xeyrini bilən dünyadı! Kasıb üçün daxma, kaha, Yemişanı, yer – yemişi, Yer yeddiqatından baha. Ataman, atan dünyadı! Aman verməz, baxmaz aha, Zatən zay, zatından daha, Gəda tay olarmı şaha? Şərdi, şarlatan dünyadı! Bu dünya donqar dünyadı, Talaşa, yonqar dünyadı, Şorgözdü, şonqar dünyadı, Şair, düzəlməz dünyadı! Yaltağı yallanar yal qazanından, Nəhənglər nərədən, saz sazanından, Gendə gəz quyunu dar qazanından, Ay Məmməd, düz yolun azan dünyadı! ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 30.10.2012-ci il |
Haram halal haqqı yeyir,
Günahsızdan güdür xeyir,
Güdükçü, güdən dünyadı!
Dedin, iti bazarında
Ay babam, atından baha.
Xeyir verməz xeyirxaha,
Xeyrini bilən dünyadı!
Kasıb üçün daxma, kaha,
Yemişanı, yer – yemişi,
Yer yeddiqatından baha.
Ataman, atan dünyadı!
Aman verməz, baxmaz aha,
Zatən zay, zatından daha,
Gəda tay olarmı şaha?
Şərdi, şarlatan dünyadı!
Bu dünya donqar dünyadı,
Talaşa, yonqar dünyadı,
Şorgözdü, şonqar dünyadı,
Şair, düzəlməz dünyadı!
Yaltağı yallanar yal qazanından,
Nəhənglər nərədən, saz sazanından,
Gendə gəz quyunu dar qazanından,
Ay Məmməd, düz yolun azan dünyadı!
Gene çox gözeldi gardaş üreyine saxlık
Salam olsun ata yurduna