Əllərini uzat mənəƏllərini uzat mənə,qoy tutum... Tez unudum soyuğu mən,qarı mən. Ürəyinə şikayətim yetişmir, Əllərinlə qoy dərdləşim barı mən. Əllərini uzat mənə,qoy tutum... O əllərlə bircə çiçək dər mənə. Bir sevgini sən ki mənə vermədin, Heç olmasa,əllərini ver mənə. Əllərini uzat mənə,qoy tutum, Bəlkə də,bəxtimiz yenə barışdı. Sevgimə bu qədər yadlaşsan da sən, Əllərin əlimə yaxşı tanışdı... Əllərini uzat mənə,qoy tutum... Qoy bu xatirələr yadında qalsın. "Vicdan məhkəməsi" qurulan zaman Əllərin sevgimin şahidi olsun!!!! |