Bu dünya bir pəncərədi
Bu dünya bir pəncərədi
Bu dünya bir pəncərədi Gələn gələr baxar gedər. Kimi yaşar insan kimi, Kim yanar, yaxar gedər. Həsrətlilər həsəd donlu, Bu dünyamız axır, sonlu, Can verəcək hər bir canlı, Ruh bədəndən çıxar gedər. Kimi kişnər, kimi kirmiş, Kimi şalban, dirək, tirmiş, Kimi ölməz ömür sürmüş, Şimşək kimi çaxar gedər. Həyat var ki, büllur şüşə, Həyat da var müftə müşə, Baxta işıq göydən düşə, Qanmaz qaxınc qaxar gedər. Qıpqırmızı, qığılcımdı, Sıxıntıdı, sıxılcımdı, Xırdalar xıncım – xıncımdı, Xatası var, sıxar gedər. Ululardan o uludu, Uladar da o, boz qurdu, Yırğalayar yeri, yurdu, Yerlə yeksan yıxar gedər. Yaşamaq da yarış, turdu, Qalib, məğlub başa vurdu, Tanrım tarix tikdi, qurdu, Qiyamətə qalar gedər. Hüseyn, dünya qəribədi, Cəbrən cəza, cərimədi, Qərq elədi, ərimədi, Doydum deməz, tıxar gedər. ~~~~~~~~~~~~~~~~~~~~~ 05.09.2012-ci il |
Yaşam daha golay olar belki
Daim ol